Gəncə. 22 dekabr. REPORT.AZ/ Gəncə şəhərində 68 yaşlı piyadanı marşrut avtobusu vurub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Belə ki, 9 saylı marşrut xətti üzrə hərəkət edən avtobus yolu keçmək istəyən Validə Rüstəmovanı vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.