Gəncədə 62 yaşlı kişini tut yığarkən elektrik cərəyanı vuraraq öldürüb

Hadisə
  • 06 iyun, 2022
  • 14:32
Gəncədə 62 yaşlı kişini tut yığarkən elektrik cərəyanı vuraraq öldürüb

Gəncə şəhər sakinini tut yığarkən elektrik cərəyanı vuraraq öldürüb.

"Report"un Qərb bürosunun məlumatına görə, 62 yaşlı Ş.Məmmədov yaşadığı fərdi evin həyətində tut ağacına çıxıb. Ancaq ehtiyatsızlıqdan ağacın yaxınlığından keçən elektrik xəttinə toxunub. Nəticədə onu elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

44 filmi