TƏBİB Gəncədə tortdan zəhərləndiyi ehtimal edilən şəxslərin son durumunu açıqlayıb - YENİLƏNİB-2

TƏBİB Gəncədə tortdan zəhərləndiyi ehtimal edilən şəxslərin son durumunu açıqlayıb - YENİLƏNİB-2 Gəncə şəhərində 6 nəfər qidadan zəhərlənib.
Hadisə
11 aprel 2025 09:42
TƏBİB Gəncədə tortdan zəhərləndiyi ehtimal edilən şəxslərin son durumunu açıqlayıb - YENİLƏNİB-2

TƏBİB Gəncədə 6 nəfərin tortdan zəhərlənməsi ehtimalı ilə bağlı məlumat yayıb.

Qurumdan "Repot"a bildirilib ki, 11.04.2025-ci il tarixində saat 03:00 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə 6 nəfər (5 qadın, 1 kişi cinsli) hospitalizasiya olunub. 

Dəqiqləşdirilməmiş qastroenteritlər və kolitlər diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi yardım göstərilib.

Vəziyyətləri stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

08:58

Gəncədə 6 nəfərin tortdan zəhərlənməsi ehtimalı ilə bağlı araşdırmalar başlayıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb: "Araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək".

Şəfiqə Nazimqızı

05:29

Gəncə şəhərində 6 nəfər qidadan zəhərlənib.

“Report”un Qərb bürosunun məlumatına görə, M.İslamova (1955), T.Cəfərova (2008), N.Qədimova (2003), S.İslamova (1976), F.Abbasova (1998) və R.Qədimov (1996) zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Onların tortdan zəhərləndikləri ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Orphus sistemi