Gəncədə 56 yaşlı kişi uçurumdan yıxılaraq ağır xəsarət alıb

Gəncədə 56 yaşlı kişi uçurumdan yıxılaraq ağır xəsarət alıb Muraz Cəfərovun vəziyyəti ağırdır
Hadisə
13 May , 2017 00:36
Gəncədə 56 yaşlı kişi uçurumdan yıxılaraq ağır xəsarət alıb
Courtesy İmage

Gəncə. 13 may. REPORT.AZ/ Gəncədə 56 yaşlı kişi avtomobil yolunun kənarındakı uçurumdan yıxılaraq ağır xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında, Gəncə-Daşkəsən yolunun kənarında baş verib.

Belə ki, yol kənarında hərəkət edən yerli sakin 1961-ci il təvəllüdlü Cəfərov Muraz Faqət oğlu ehtiyatsızlıqdan uçurumdan dərəyə yuvarlanıb. Ağır bədən xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib.

Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi