Gəncədə 41 yaşlı kişini avtomobil vurdu

Gəncədə 41 yaşlı kişini avtomobil vurdu Gəncə şəhərində piyadanın xəsarəti ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
21 İyul , 2020 11:37
Gəncədə 41 yaşlı kişini avtomobil vurdu

Gəncə şəhərində piyadanın xəsarəti ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Cavad Xan qəsəbəsində, inşaat malları satılan ərazinin yaxınlığında qeydə alınıb.

Belə ki, "QAZ-3110" markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1979-cu il təvəllüdlü Daşqın Budaqovu vurub. Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi