Gəncədə 300 min manatlıq marixuana ilə tutulan “Eliş” ləqəbli narkotacirə hökm oxunub

Gəncədə 300 min manatlıq marixuana ilə tutulan “Eliş” ləqəbli narkotacirə hökm oxunub Gəncə Ağır Cinayətlər Məhkəməsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda təqsirləndirilən Eldəniz İmanlının cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
9 Dekabr , 2021 16:09
Gəncədə 300 min manatlıq marixuana ilə tutulan “Eliş” ləqəbli narkotacirə hökm oxunub
“Eliş” ləqəbəbi ilə tanınan Eldəniz İmanlı

Gəncə Ağır Cinayətlər Məhkəməsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda təqsirləndirilən Eldəniz İmanlının cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbərinə görə, sonuncu keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu ilin yanvar ayında Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Cinayət Axtarış İdarəsininin əməkdaşları tərəfindən şəhər sakini Etibar Yaqubov saxlanılaraq ŞBPİ-yə gətirilib və üzərinə baxış keçirilən zaman 76 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Aparılan araşdırmalar zamanı E.Yaqubova narkotik vasitə satan şəxsin Gəncə şəhər sakini “Eliş” ləqəbəbi ilə tanınan E.İmanlı olduğu müəyyən edilib. E.İmanlıya və bibisinə məxsus şəhər ərazisindəki fərdi yaşayış evlərində keçirilən əməliyyat-axtarış zamanı 11 qutuda, ümumi çəkisi 32 kq və qarabazarda satış dəyəri 300 000 manat olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

İlkin dindirilmə zamanı E.İmanlı narkotik vasitənin toxumunu bir neçə il bundan əvvəl Gürcüstandan gətirdiyini və satmaq üçün ötən ilin mart ayında əkərək ona qulluq etdiyini bildirib.

Saxlanlın şəxslər maddi sübutlar ilə birlidə istintaqa təhvil verilib.

E.Yaqubovun cinayət işi ayrıca icraata ayrılıb.

İstintaq orqanı tərəfindən E.İmanlı barəsində 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi