Yuxarı
    Bağlamaq

    Gəncədə 3 evdən, 6 avtomobildən və qəbiristanlıqdan oğurluq edən şəxs tutulub

    O, qəbirlərdən birinin üzərindən 2 ədəd mərmərdən hazırlanan güldan oğurlayıb

    Bakı. 21 avqust. REPORT.AZ/ Gəncə şəhəri ərazisində 3 evdən, 6 avtomobildən və qəbiristanlıqdan oğurluq edən şəxs tutulub.

    “Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

    Belə ki, Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il oktyabrın 4-dən cari il avqustun 7-dək olan müddətdə Gəncə şəhəri ərazisində 3 evdən məişət əşyaları, 6 avtomobildən akkumulyator, habelə qəbirlərdən birinin üzərindəki 2 ədəd mərmərdən hazırlanan güldan oğurlamaqda şübhəli bilinən şəhər sakini Nicat Hüseynov tutulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi