Gəncədə 27 yaşlı qız naməlum şəraitdə zəhərlənib

Gəncədə 27 yaşlı qız naməlum şəraitdə zəhərlənib Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb
Hadisə
6 Oktyabr , 2016 17:06
Gəncədə 27 yaşlı qız naməlum şəraitdə zəhərlənib

Gəncə. 6 oktyabr. REPORT.AZ/ Gəncə şəhərində 27 yaşlı qadın naməlum şəraitdə zəhərlənib.
“Report”un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Turanə Vaqif qızı Hüseynova naməlum etimologiyalı zəhərlənmə diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan bildirilib ki, T.Hüseynovanın hansı şəraitdə zəhərlənməsi hələlik məlum deyil: “Ona dərhal həkimlər tərəfindən tibbi yardım göstərilib. Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyəti orta-ağır olaraq qalır”.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi