Gəncədə 26 yaşlı qadını maşın vurub

Gəncədə 26 yaşlı qadını maşın vurub Yaralının vəziyyəti orta-ağırdır
Hadisə
6 Noyabr , 2016 14:00
Gəncədə 26 yaşlı qadını maşın vurub

Gəncə. 6 noyabr. REPORT.AZ/ Gəncə şəhərində 26 yaşlı piyadanı avtomobil vurub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.

Hadisə Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Adıgözəlova Aygül Qulu qızı yolu keçmək istəyərkən baş verib. Müxtəlif bədən xəsarətləri alan piyada Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Dərhal həkimlər tərəfindən əməliyyata alınan yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi