Gəncədə 21 yaşlı gənc bıçaqlanıb

Gəncədə 21 yaşlı gənc bıçaqlanıb Onun vəziyyəti ağır olaraq qiymətləndirilir
Hadisə
10 May , 2015 22:39
Gəncədə 21 yaşlı gənc bıçaqlanıb

Bakı. 10 May. REPORT.AZ/ Bu gün axşam saatlarında Gəncədə bıçaqlanma hadisəsi baş verib.

"Report"un xəbərinə görə, şəhər sakini, 21 yaşlı İlgar Ağayev döş qəfəsindən daxilə nüfuz edən bıçaq xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.

Dərhal əməliyyata alınan yaralının vəziyyəti ağır olaraq qalır. Hazırda İ.Ağayev reanimasiya şöbəsindədir.

Onun kim tərəfindən və hansı məqsədlə bıçaqlandığı məlum deyil.

Polis bu istiqamətdə əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Son xəbərlər

Orphus sistemi