Gəncədə 21 yaşlı gənc hündürlükdən yıxılaraq ağır xəsarət alıb

Hadisə
  • 15 fevral, 2022
  • 19:06
Gəncədə 21 yaşlı gənc hündürlükdən yıxılaraq ağır xəsarət alıb

Gəncə şəhərində gənc oğlan hündürlükdən yıxılaraq ağır xəsarətlər alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb.

Şəhər sakini, 2001-ci il təvəllüdlü S.Həsənov hündürlükdən yıxılaraq ağır xəsarət alıb və yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib.

Hazırda huşsuz vəziyyətdə olan gəncin vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırmalara başlanılıb.

44 filmi