Gəncədə 20 yaşlı qadın bıçaqlanıb

Hadisə
  • 25 sentyabr, 2021
  • 15:00
Gəncədə 20 yaşlı qadın bıçaqlanıb

Gəncə şəhərində bıçaqlanma hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, şəhər sakini, 2001-ci il təvəllüdlü N.İbrahimova bıçaq xəsarəti alıb. O, xəstəxanaya yerləşdirilib.

İlkin ehtimala görə, qadın mübahisə zəminində əri tərəfindın bıçaqlanıb.

Faktla bağlı araşdırmalara başlanılıb.