Gəncə. 26 sentyabr. REPORT.AZ/ Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin "Dubay bazarı" deyilən ərazisində qeydə alınıb.
Belə ki, 1993-cü il təvəllüdlü Sahil Eynulla oğlu Rəsulov və 1984-cü il təvəllüdlü Cavid Davud oğlu Məmmədov bıçaqlanıb. Hadisə qız üstündə yaranmış mübahisə zəminində baş verib. Belə ki, hələlik kimlikləri məlum olmayan üç nəfər şəxs yoldan keçən qıza baxdıqları üçün onlarla mübahisə edib. Daha sonra S.Rəsulovu bel nahiyəsindən, C.Məmmədovu isə qarın boşluğundan bıçaqlayaraq hadisə yerindən qaçıblar. Hazırda C.Məmmədovun vəziyyətinin ağır, digərinkinin isə orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
*** 18:30
Gəncə şəhərində iki nəfər bıçaqlanıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hər iki yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib, hazırda əməliyyat olunurlar.
Hadisənin şəxsi mübahisə zəminində baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.