Gəncədə 2 avtomobil toqquşub, xəsarət alanlar var

Gəncədə 2 avtomobil toqquşub, xəsarət alanlar var Faktla bağlı araşdırma aparılır
Hadisə
8 Dekabr , 2016 14:25
Gəncədə 2 avtomobil toqquşub, xəsarət alanlar var

Gəncə. 8 dekabr. REPORT.AZ/ Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, qəza şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb. 

Belə ki, işıqforun qırmızı işığı zamanı keçən "VAZ-2107" markalı avtomobil "VAZ-2107" markalı digər minik maşınına çırpılıb. Nəticədə 2 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi