Gəncədə 18 min manatlıq oğurluq olub

Gəncədə 18 min manatlıq oğurluq olub Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini S.Talıbov saxlanılıb.
Hadisə
17 İyul , 2020 13:20
Gəncədə 18 min manatlıq oğurluq olub

Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini S.Talıbov saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, əməliyyatı Nizami (Gəncə) Rayon Polis İdarəsinin əməkdaşları keçirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 15-də rayon ərazisindəki evlərin birindən 6 150 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş S.Talıbov saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun daha 1 evdən 12 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi