Gəncədə 17 yaşlı gənc mübahisə zamanı bıçaqlanıb

Hadisə
  • 01 may, 2022
  • 18:20
Gəncədə 17 yaşlı gənc mübahisə zamanı bıçaqlanıb

Gəncə şəhərində gənc oğlan bıçaq xəsarəti alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Gəncə şəhərində yerləşən parkların birində qeydə alınıb.

Belə ki, 17 yaşlı A.Abbasov mübahisə zəminində 2 bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatları hələ ki məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

44 filmi