Gəncədə 15 yaşlı qız bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb

Gəncədə 15 yaşlı qız bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb Xəstənin vəziyyəti orta-ağırdır
Hadisə
20 May , 2017 16:57
Gəncədə 15 yaşlı qız bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb
Report.az

Gəncə. 20 may. REPORT.AZ/ Gəncə şəhərində 15 yaşlı qız pilləkəndən yıxılaraq ağır xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində baş verib. 

Belə ki, qəsəbə sakini, 2002-ci il təvəllüdlü Süleymanov Fidan Ərəbxan qızı yaşadığı fərdi evdə ehtiyatsızlıqdan pilləkəndən yıxılaraq ağır kəllə-beyin travması alıb. 

Yaralı yaxınları tərəfindən Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Həkimlər yaralıya tibbi yardım göstərdikdən sonra onu travmatologiya şöbəsinə yerləşdiriblər. Hazırda xəstənin vəziyyəti orta-ağırdır. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi