Gəncədə yol qəzası baş verib, xəsarət alan var

Gəncədə yol qəzası baş verib, xəsarət alan var Gəncə. 22 yanvar. REPORT.AZ/ Gəncə şəhərində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
22 Yanvar , 2019 20:37
Gəncədə yol qəzası baş verib, xəsarət alan var

Gəncə. 22 yanvar. REPORT.AZ/ Gəncə şəhərində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, Şəfa İsmət oğlu Quluzadə idarə etdiyi minik avtomobili ilə şəhərin Nizami Gəncəvi prospektində hərəkətdə olan zaman başqa bir avtomobillə toqquşub.

Nəticədə Ş.Quluzadə xəsarət alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə aparılıb. Ona həkimlər tərəfindən tibbi yardım göstərilib və daha sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi