Gəncə və yaxın rayonlarda qasırğa olub, Göygölə dolu yağır
Hadisə
- 26 may, 2023
- 17:10
Bu saatlarda Gəncə şəhəri və yaxın rayonlarda kəskin hava şəraiti müşahidə olunur, leysan yağış və dolu yağır.
“Report”un Qərb bürosunun məlumatına görə, Daşkəsən, Göygöl rayonlarına leysan yağışlar yağıb, dolu düşüb.
Meydana gələn qasırğa nəticəsində bəzi kəndlərdə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Dağlıq ərazilərə ildırım düşüb.
Hazırda Gəncə şəhərində də güclü küləklə müşahidə olunan yağıntılı hava şəraiti hökm sürür. Gəncə şəhərində bəzi ərazilərdə elektrik enerjisinin verilməsi dayandırılıb.
Qeyd edək ki, hava şəraiti səbəbindən avtomobil yollarında, əsasən də magistral yollarda nəqliyyatın hərəkətində çətinlik yaranıb.
Son xəbərlər
13:35
Maksim Medvedev: "Qarabağ" İngiltərə klublarına qarşı yüksək tempdə oynamağa hazır deyil"
Futbol13:34
Fuad İsayev: "Son 2 ildə Azərbaycan banklarının əmanət portfeli 30 % artıb"
Maliyyə13:28
Sədərək rayonunda iki saat qaz olmayacaq
Energetika13:27
Portuqaliya "Kristin" fırtınasından sonra bərpa işləri üçün 2,5 milyard avro ayıracaq
Digər ölkələr13:16
Foto
Video
Vilayət Eyvazov Qəbələdə növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib
Hadisə13:09
Lamiyə Vəliyeva: "Bakıdakı beynəlxalq turnirin qalibi olmaq mənim üçün əhəmiyyətli idi"
Fərdi13:02
Sabah 18 dərəcə isti olacaq - PROQNOZ
Ekologiya13:01
MM Azərbaycanla İordaniya arasında gömrük işi sahəsində əməkdaşlıq sazişini ratifikasiya edib
Milli Məclis12:58