Yuxarı

​Gəncə və Şəmkirdə yaşayış mənzilləri yanıb

Hadisə yerlərinə yanğınsöndürənlər cəlb olunub

Bakı. 21 fevral. REPORT.AZ/ Axşam saat 7 radələrində Gəncə və Şəmkirdə vətəndaşlara məxsus evlərdə yanğın hadisələri qeydə alınıb.

“Report” xəbər verir ki, Gəncənin Kəpəz rayonunda 3 otaqlı evin 1 otağında ev əşyaları yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub, yanğın söndürülüb.

Digər hadisə Şəmkir şəhərində baş verib. Birmərtəbəli alman tipli yaşayış evinin dam örtüyü, bir otağın tavanı, 2 otaq və ev əşyaları yanıb. Yanğın saat 18:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi