Gəncə terrorunda valideynlərini itirən uşaq: "Ermənilər məni kimi çox uşaqları yetim qoyub"

Gəncə terrorunda valideynlərini itirən uşaq: "Ermənilər məni kimi çox uşaqları yetim qoyub" "Ermənilər məni kimi çox uşaqları yetim qoyub".
Hadisə
13 Oktyabr , 2022 16:43
Gəncə terrorunda valideynlərini itirən uşaq: Ermənilər məni kimi çox uşaqları yetim qoyub

"Ermənilər məni kimi çox uşaqları yetim qoyub".

Bunu Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncəyə atılan raket nəticəsində hər iki valideyini şəhid olan Hüseyn Anar oğlu Əliyev "Report"un Qərb bürosuna verdiyi müsahibədə bildirib.

O, valideynlərini hər gecə yuxuda gördüyünü deyir:

"Hadisədən bir neçə saat öncə atamla telefonla danışdım. Onlara dəfələrlə demişdim ki, Gəncəyə raketlər atırlar, gəlin Şəmkirə. Atam mənə narahat olma hər şey yolundadır, biz də evimizdəyik, heç yerə gedəsi deyilik dedi. Həmin gecə yuxuda olanda birdən anamın səsini eşitdim. Oyandım elə bildim anam gəlib. Baxdım heç kim yoxdur. Səhər tezdən televizora baxanda evimizin dağıldığını gördüm. Mənə dedilər narahat olma sadəcə xəsarət alıblar hamısı yaxşıdır. Bacımla danışdım amma ata-anamla danışmaq istəyəndə dedilər onlar yaralıdır danışa bilmirlər. Mən hadisədən bir neçə gün sonra bildim ki, onlar şəhid olub. Hər ikisi üçün çox darıxıram. Bəzən yuxularıma girirlər, səhər oyananda onları düşünərək oyanıram. Keşkə onlar həyatda olardı. İndi evimizin dağıntıları altında anama məxsus fincanı tapdım, mən bu fincanı digər əşyalar kimi onlardan xatirə olaraq saxlayacam. Onların mənə aldıqları oyuncaqlarla da oynamıram, kənarda yadigar kimi saxlamışam. Ermənilər vəhşidirlər, onlar məni kimi çox uşağı yetim qoyublar. İndi ailəmizdən bir mən və bacım qalıb. Tez-tez gəlib buranı ziyarət edirik", - deyə H.Əliyev bildirib.

Qeyd edək ki, 11.10.2020-ci il tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncəyə atılan ballistik raket nəticəsində H.Əliyevin valideynləri, Anar Əliyev və Nurçin Əliyeva dağıntılar altında qalıblar. Saatlarla aparılan axtarışlardan sonra onların cansız bədənləri aşkarlanıb. Sonra Hüseyn və onun bacısı Sevil ana nənəsinin himayəsinə verilib.

Son xəbərlər

Orphus sistemi