Gəncə şəhərində və ətraf rayonlarda güclü külək əsir

Gəncə şəhərində və ətraf rayonlarda güclü külək əsir Səhər saatlarından başlayaraq Qərb bölgəsində güclü külək əsməyə başlayıb
Hadisə
6 Aprel , 2021 07:35
Gəncə şəhərində və ətraf rayonlarda güclü külək əsir

Səhər saatlarından başlayaraq Qərb bölgəsində güclü külək əsməyə başlayıb.

"Report"un Qərb mərkəzinin məlumatına görə, hazırda Gəncə şəhərində və ətraf rayonlarda güclü külək əsir.

Gəncədə əsən rüzgar təxminən saniyədə 20 kilometrdən çoxdur. Hava şəraiti nəticəsində hər hansısa fəsadın yaranıb-yaranmadığı barədə hələ ki, məlumat yoxdur.

Onu da qeyd edək ki, küləkli hava şəraiti Gəncə şəhərində bəzi küçə və prospektlərdə tozlanmaya da səbəb olub.

Son xəbərlər

Orphus sistemi