Gəncə Şəhər Təhsil İdarəsinin itkin düşən əməkdaşı tapılıb

Gəncə Şəhər Təhsil İdarəsinin itkin düşən əməkdaşı tapılıb Mayın 17-də itkin düşən Gəncə Şəhər Təhsil İdarəsinin məsləhətçisi 1994-cü il təvəllüdlü Ceyhun Qabil oğlu Bağırov tapılıb.
Hadisə
21 May , 2019 09:08
Gəncə Şəhər Təhsil İdarəsinin itkin düşən əməkdaşı tapılıb

Mayın 17-də itkin düşən Gəncə Şəhər Təhsil İdarəsinin məsləhətçisi 1994-cü il təvəllüdlü Ceyhun Qabil oğlu Bağırov tapılıb.

Bu barədə "Report"a açıqlamasında onun atası Qabil Bağırov məlumat verib.

O bildirib ki, oğlu C.Bağırov Gürcüstana gedibmiş: "Gəncə Şəhər Polis İdarəsinin əməkdaşları mənə dünən məlumat verdilər ki, Ceyhun mayın 19-u Azərbaycan-Gürcüstan sərhədində olub. Dünən axşam saatlarında oğlumu evə gətirdilər. Ceyhun ölkəni tərk etmək qərarına gəlib və elə mayın 17-si Gürcüstana gedib. İki gün orada qaldıqdan sonra qayıdıb. İndi evdədir, hər şey yaxşıdır. İyunun 11-də toyu olacaq”.

Son xəbərlər

Orphus sistemi