Gəncə-Samux avtomobil yolunda qəza baş verib, yaralılar var

Gəncə-Samux avtomobil yolunda qəza baş verib, yaralılar var Gəncə. 15 oktyabr. REPORT.AZ/ Gəncə şəhərində yol qəzası baş verib.
Hadisə
174
15 Oktyabr , 2018 20:13
Gəncə-Samux avtomobil yolunda qəza baş verib, yaralılar var

Gəncə. 15 oktyabr. REPORT.AZ/ Gəncə şəhərində yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Gəncə-Samux avtomobil yolunda qeydə alınıb.

Belə ki, VAZ və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Onlardan birinci avtomobildə olan 4 nəfər Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Bunlar Samux rayon sakinləri - Əliyev Rafayel Sultanbəy oğlu (1993), Əliyev Hakim Qələndər oğlu (1963), Yəhyayev Elimdar Xətai oğlu (1993) və Əliyev Əsgər Babay oğludur (1963). Yaralıların bəzilərinin vəziyyətlərinin orta-ağır, bəzilərinkinin isə qənaətbəxş olduğu bildirilir. "Mercedes"in sürücüsünə isə ambulator yardım göstərilib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi