Gəncə sakininin evindən partlayıcı maddələr tapılıb
Hadisə
- 29 iyun, 2022
- 06:04
Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) 4-cü Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Rəşad Abbasov saxlanılaraq PB-yə gətirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"a verilən məlumata görə, şübhəli şəxsin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun yaşadığı evə baxış keçirilib və oradan 1 ədəd “F1” əl qumbarası, 1 ədəd “UZRQM” partlayıcı, 2 ədəd “Kalaşnikov” avtomatına məxsus daraq, 55 ədəd 5.45 mm-likpatron, 2 ədəd pulemyot patronu və 2 ədəd 7.62 mm-lik avtomat patronu aşkar edilərək götürülüb.
Həmin maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.
Son xəbərlər
03:28
Yəməndə husilərin obyektlərinə qabaqlayıcı zərbələrin endirilməsi təsdiqlənib
Digər ölkələr03:06
Slovakiyada PUA istehsal edən zavodun yandırılmasının qarşısı alınıb
Digər ölkələr02:36
Brent markalı neftin qiyməti bir barel üçün 87 dollardan aşağı düşüb
Digər ölkələr02:14
Qəribabadi: İran hələ də müharibə vəziyyətindədir
Region01:37
Qalibaf: ABŞ iqtisadi müharibədə də İrana məğlub olur
Region01:03
Umarali Raxmonaliyev: "Hapoel"ə qarşı əla mübarizə apardıq"
Futbol00:44
AFFA prezidenti "Sabah"ı təbrik edib
Futbol00:36
Neyt Herrinq: İran Trampın kiçik oğlu Berronu öldürməklə təhdid edir
Digər ölkələr00:27