Gəncə sakinindən saxta əskinaslar götürülüb

Gəncə sakinindən saxta əskinaslar götürülüb Qeyd olunan faktlarla bağlı araşdırmalar davam etdirilir
Hadisə
12 Dekabr , 2014 15:43
Gəncə sakinindən saxta əskinaslar götürülüb
Bakı. 12 dekabr. REPORT.AZ/ Gəncə şəhər sakinindən saxta əskinaslar götürülüb. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Kəpəz Rayon Polis İdarəsi əməkdaşları tərəfindən dekabrın 10-da narkotik vasitə və qanunsuz odlu silah gəzdirdiyinə görə tutulan Arif Adıgözəlovun işlədiyi kafeyə baxış keçirilib. Bu zaman oradan 40 ədəd 100 manatlıq, 900 ədəd 50 manatlıq, 136 ədəd 20 manatlıq və 13 ədəd 10 manatlıq saxta əskinaslar aşkar edilərək götürülüb.

Qeyd olunan faktlarla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi