Gəncə sakinində silah aşkarlandı

Gəncə sakinində silah aşkarlandı Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Hadisə
15 May , 2021 10:59
Gəncə sakinində silah aşkarlandı
Sabir Abdullayev

Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"un Qərb Mərkəzinə verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Sabir Abdullayev şəhər ərazisində saxlanılaraq Polis Bölməsinə gətirilib. Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd atəşə yararlı revolver tipli tapança edilərək götürülüb.
Götürülən maddi sübut ekspertizaya göndərilib, faktla bağlı Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi