Gəncə sakini Sumqayıtda intihar edib - YENİLƏNİB

Gəncə sakini Sumqayıtda intihar edib - YENİLƏNİB Sumqayıt. 28 fevral. REPORT.AZ/ Sumqayıt şəhərində əniz kənarında olan obyektlərin birində intihar edən gəncin şəxsiyyəti məlum olub.
Hadisə
28 Fevral , 2019 13:34
Gəncə sakini Sumqayıtda intihar edib - YENİLƏNİB
0 : 00
0 : 00

Sumqayıt. 28 fevral. REPORT.AZ/ Sumqayıt şəhərində əniz kənarında olan obyektlərin birində intihar edən gəncin şəxsiyyəti məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki,  Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Pərviz Quliyev özünü kəndirlə asaraq intihar edib. İntiharın səbəbləri hələlik məlum deyil.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib. 

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.


*** 10:21

Sumqayıt. 28  fevral. REPORT.AZ/ Sumqayıtda dəniz kənarında gənc oğlan intihar edib.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə dəniz kənarında olan obyektlərin birində baş verib.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan yaşlı kişi özünü yaşadığı evdə kəndirlə asaraq intihar edib.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

Hadisə yerinə baxış keçirilib və intiharın səbəbləri araşdırlır. 

Son xəbərlər

Orphus sistemi