Gəncə sakini narkotiklə tutuldu - VİDEO

Gəncə sakini narkotiklə tutuldu - VİDEO Zaqatalada Gəncə sakinində narkotik vasitə aşkarlanıb.
Hadisə
14 May , 2020 09:59
Gəncə sakini narkotiklə tutuldu - VİDEO
0 : 00
0 : 00

Zaqatalada Gəncə sakinində narkotik vasitə aşkarlanıb.

Bu barədə "Report"un Şimal-qərb bürosuna DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Zaqatala Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş, 52 yaşlı Babayev Arif şübhəli şəxs qismində saxlanılıb. 

Şəxsi axtarış zamanı ondan sellofan torbada 2 kq 50 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Zaqatala RPŞ-nin İstintaq bölməsində A.Babayev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi