Gəncə sakini naməlum şəxs tərəfindən bıçaqlanıb

Gəncə sakini naməlum şəxs tərəfindən bıçaqlanıb Ramin Namazov Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb
Hadisə
28 Oktyabr , 2016 04:35
Gəncə sakini naməlum şəxs tərəfindən bıçaqlanıb

Gəncə. 28 oktyabr. REPORT.AZ/ Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə geçə saatlarında, Kəpəz rayon İcra Hakimiyyətinin önündə qeydə alınıb.

Beləki, Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Namazov Ramin Yunis oğlu həmin ərazidən keçərkən tanımadığı şəxs tərəfindən döş qəfəsinin sol hissəsindən bıçaqlanıb. Yaralı Təcili Tibbi Yardım maşını ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. 

Dərhal həkimlər tərəfindən əməliyyata alınan yaralının vəziyyəti ağırdır.

İlkin məlumata görə, hadisə söyüş üstündə baş verib.   

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi