Gəncə sakini həmyerlisini tüfənglə vurub

Gəncə sakini həmyerlisini tüfənglə vurub ​Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir
Hadisə
20 Oktyabr , 2016 12:15
Gəncə sakini həmyerlisini tüfənglə vurub

Bakı. 20 oktyabr. REPORT.AZ/ Gəncə şəhər sakini həmyerlisinə tüfəngdən atəş açaraq  xəsarət yetirib. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə oktyabrın 17-də şəhərin Nizami rayonu ərazisində qeydə alınıb.
Belə ki, şəhər sakini Röyal İsmayılov həmyerlisi Mətləb Həsənzadəyə tüfənglə atəş açaraq ona xəsarət yetirib. 
Nizami (Gəncə) Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində R.İsmayılov saxlanılıb. Onun evinin həyətindəki yardımçı tikiliyə baxış keçirilən zaman oradan hadisəni törədərkən istifadə etdiyi, lüləsi və qundağı kəsilmiş "TOZ-16" markalı tüfəng aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi