Bakı. 5 dekabr. REPORT.AZ/ Azərbaycanın Gəncə şəhərində elektrik cərəyanı bir nəfərin həyatına son qoyub. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, şəhər sakini Saleh Mehdiyev elektrik cərəyanı vurması nəticəsində ölüb.
Hadisə ilə bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.