Gəncə sakini bıçaqlanıb

Gəncə sakini bıçaqlanıb Gəncə. 16 mart. REPORT.AZ/ Gəncə şəhərində yerli sakin bıçaqlanıb.
Hadisə
16 Mart , 2018 09:24
Gəncə sakini bıçaqlanıb

Gəncə. 16 mart. REPORT.AZ/ Gəncə şəhərində yerli sakin bıçaqlanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Səfəvilər küçəsində baş verib.

Şəhər sakini, 1979-cu il təvəllüdlü Ayaz Mehdiyev küçədə tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta-ağır olduğu bildirilib.

İlkin məlumata görə, hadisə mübahisə zəminində baş verib. Belə ki, A.Mehdiyev küçədə duran zaman tanımadığı şəxs onun yanından keçən zaman ona baxıb. A.Mehdiyev "mənə niyə tərs-tərs baxırsan?" deyə soruşub. Bundan sonra mübahisə yaranıb. A.Mehdiyev həmin şəxsə yumruq zərbəsi vurub. Bu zaman hələlik kimliyi bilinməyən şəxs A.Mehdiyevi bıçaqlayıb və hadisə yerindən qaçıb. 

Hazırda polis tərəfindən hadisəni törədən şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

Son xəbərlər

Orphus sistemi