Samux sakini ailə münaqişəsi zəminində özünü bıçaqlayıb

Samux sakini ailə münaqişəsi zəminində özünü bıçaqlayıb Rahil İmanov xəstəxanaya yerləşdirilib
Hadisə
13 May , 2017 01:02
Samux sakini ailə münaqişəsi zəminində özünü bıçaqlayıb
Courtesy İmage

Gəncə. 13 may. REPORT.AZ/ Samux rayon sakini özünü bıçaqlayaraq ağır xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında baş verib.

Belə ki, rayonun Aşağı Ağasbəyli kənd sakini, 1991-ci il təvəllüdlü İmanov Rahil Rəfi oğlu ailə münaqişəsi zəminində əsəbləşərək qarın nahiyəsindən özünə bıçaq zərbəsi endirib. Yaralı dərhal yaxınlarının köməyi ilə Samux Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

O, həkimlər tərəfindən əməliyyata alınıb. Həkimlər R. İmanovun vəziyyətini orta-ağır qiymətləndiriblər.

Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi