Yuxarı

​Gəncə sakini ailə münaqişəsi zəminində intihara cəhd edib

İyirmi yeddi yaşlı Vüsalə Əliyeva həyat yoldaşı ilə dalaşdıqdan sonra bir neçə adda dərmanı eyni vaxtda içib

Bakı. 9 avqust. REPORT.AZ/ Gəncədə ailə münaqişəsi zəminində baş verən mübahisə tərəflərdən birinin intihara cəhd etməsinə səbəb olub.

"Report"un məlumatına görə, şəhər sakini, 1989 -cu il təvəllüdlü Vüsalə Adil qızı Əliyeva həyat yoldaşı ilə dalaşdıqdan sonra bir neçə adda dərmanı eyni vaxtda içərək özünə intihara cəhd göstərib.

O, dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya Şöbəsinə yerləşdirilib. Hazırda xəstənin vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi