Gəncə-Peterburq və Peterburq-Bakı reysləri gecikmə ilə uçacaq - XƏBƏRDARLIQ

Gəncə-Peterburq və Peterburq-Bakı reysləri gecikmə ilə uçacaq - XƏBƏRDARLIQ Bu, həmin reysləri yerinə yetirəcək təyyarədə texniki nasazlıq ilə əlaqədardır
Hadisə
27 May , 2018 20:17
Gəncə-Peterburq və Peterburq-Bakı reysləri gecikmə ilə uçacaq - XƏBƏRDARLIQ

Bakı. 27 may. REPORT.AZ/ AZAL "J2-122" və "J2-020" reysləri ilə səyahət edən sərnişinlər üçün məlumat yayıb.

“Report” xəbər verir ki, hava gəmisinin texniki nasazlığı ilə əlaqədar olaraq AZAL-ın J2-122 Gəncə (VKO) - Sankt-Peterburq (LED), həmçinin həmin təyyarə ilə yerinə yetirilməsi planlaşdırılan J2-020 Sankt-Peterburq - Bakı reysi yubanır.

Reysin 5 saatdan çox yubanması ilə əlaqədar olaraq, aviaşirkətin qaydalarına əsasən yubanan reysin sərnişinləri lazımi hər şeylə, o cümlədən isti yeməklə təmin olunacaq.

Şirkət yaranan narahatlığa görə üzr istəyib.

Son xəbərlər

Orphus sistemi