Gəncə hadisələrində iştirakda təqsirləndirilən üç nəfər həbs edilib

Gəncə hadisələrində iştirakda təqsirləndirilən üç nəfər həbs edilib İki saytın vəzifəli şəxsləri barəsində Baş Prokurorluqda cinayət işləri başlanılıb
Hadisə
14 İyul , 2018 14:19

Bakı. 14 iyul. REPORT.AZ/ İyulun 3-də Gəncədə törədilmiş terror aktında iştirakda təqsirləndirilən Əliyev Akif İsmayıl oğlu həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində həbs edilib.

"Report" xəbər verir ki, 1966-cı ildə anadan olan Akif Əliyev Azərbaycan Respublikasının vətəndaşıdır.

Bundan başqa, iyulun 10-da Gəncədə baş vermiş cinayət hadisəsinin fəal iştirakçıları Əliyev Seymur Ceyhun oğlu və Rüstəmov Elman İlham oğlu da həbs ediliblər.

Əliyev Seymur Ceyhun oğlu 1993-cü il yanvarın 18-də Gəncə şəhərində anadan olub, Azərbaycan Respublikasının vətəndaşıdır.

Həmçinin mətbuata bilə-bilə yalan məlumat yayan daha 2 saytın –“gununsesi.info” və “teref.info”nun vəzifəli şəxsləri barəsində Baş Prokurorluqda cinayət işləri başlanılıb.

Gəncə hadisələrində iştirakda şübhəli bilinən 4 şəxs Azərbaycan-Rusiya sərhədini Qusar rayonu ərazisindən, 1 nəfər isə Azərbaycan-Gürcüstan sərhədini Qazax rayonu ərazisindən keçmək istəyərkən saxlanılıblar.

Azərbaycan Respublikasının Prezidenti yanında keçirilən müşavirədə dövlətimizin başçısının qeyd etdiyi kimi, həmin hadisələrin törədilməsində əlaqəsi olan heç kəs məsuliyyətdən kənarda qalmayacaq, bütün təqsirli şəxslər ədalət məhkəməsi qarşısında cavab verəcək.

Son xəbərlər

Orphus sistemi