Yuxarı

Gəncə Dəmiryol Xəstəxanasının şöbə müdirini avtomobil vurub, vəziyyəti ağırdır

Sevinc Cahangirova dərhal əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib

Gəncə. 10 oktyabr. REPORT.AZ/ Gəncə Dəmiryol Xəstəxanasının şöbə müdirini avtomobil vurub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə oktyabrın 10-da günorta saatlarında Azərbaycan Texnologiya Universitetinin qarşısında baş verib. 

"VAZ-2107" markalı avtomobil həmin ərazidə yolu keçmək istəyən Gəncə şəhər sakini, 1974-cü il təvəllüdlü Sevinc Aydın qızı Cahangirovanı vurub. 

Yaralı "Təcili tibbi yardım" maşını ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. S.Cahangirova dərhal əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyətini orta-ağır olaraq qiymətləndiriblər. 

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi