Gənc yazıçı sabah dəfn ediləcək - YENİLƏNİB

Gənc yazıçı sabah dəfn ediləcək - YENİLƏNİB Bu gün dünyasını dəyişən gənc yazıçı İkinci Mahmudun (Mahmud Ağakişiyev) dəfn mərasimi sabah olacaq.
Hadisə
544
6 İyul , 2019 19:34
Gənc yazıçı sabah dəfn ediləcək - YENİLƏNİB

Bu gün dünyasını dəyişən gənc yazıçı İkinci Mahmudun (Mahmud Ağakişiyev) dəfn mərasimi sabah olacaq.

Muğanlı kənd İcra nümayəndəsi Nəbi Mursaquliyevin "Report"un Qərb Mərkəzinə verdiyi məlumata görə, yazıçının cənazəsinin yaşadığı kəndə gətirilməsi ləngidiyi üçün dəfn mərasimi sabah olacaq.

"Cənazə hələki yoldadır, gətirirlər bir neçə saata atası evinə çatarlar. Mərhum sabah kənd qəbiristanlığında, atasının qəbri yanında torpağa tapşırılması planlaşdırılır."

Qeyd edək ki, İkinci Mahmud Bakıda yaşadığı evdə ürəktutmasından vəfat edib.


***14:41

Bu gün dünyasını dəyişən gənc yazıçı İkinci Mahmud (Mahmud Ağakişiyev) doğulduğu Ağstafa rayonunun Muğanlı kəndində dəfn olunacaq.

"Report"un məlumatına görə, hazırda yazıçının cənazəsi həmin kəndə aparılır. 

Mərhum bu gün kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, İkinci Mahmud iyulun 6-da Bakıda yaşadığı evdə ürəktutmasından vəfat edib. 

Son xəbərlər

Orphus sistemi