“Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona mərhələsi keçirilib

“Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona mərhələsi keçirilib Lənkəranda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona mərhələsi keçirilib.
Hadisə
13 May , 2022 16:49
“Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona mərhələsi keçirilib

Lənkəranda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona mərhələsi keçirilib.

"Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə yarış Fövqəladə Hallar Nazirliyi (FHN), Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilib.

Tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb.

Yarış iştirakçıları Lənkəran şəhərinin mərkəzi parkında ulu öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra yarışa start verilib.

Yarışda FHN-in Cənub Regional Mərkəzinin əhatə etdiyi rayonlardan - Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı və Cəlilabad rayonunun orta və ümumtəhsil məktəblərinin 6 komandası iştirak edib.

Tədbirin açılış mərasimində yarışın məqsədinin şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarət olub.

Yarış “Kombinə edilmiş yanğın estafeti”, “Maneələr zolağı” və “Komandaların təqdimatı” adlı üç mərhələdən ibarət olub.

Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən, 1-ci yeri Cəlilabad şəhər 7 saylı tam orta məktəbi, 2-ci yeri Lənkəran rayon Digah kənd tam orta məktəbi, 3-cü yeri isə Yardımlı rayon Köryədi kənd tam orta məktəblərinin komandaları tutub.

Yarışda fərqlənmiş komandalar müvafiq dərəcəli kubok və diplomlarla təltif olunub.

Birinci yeri tutan komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.

Son xəbərlər

Orphus sistemi