Gənc oğlan küçədə quldur hücumuna məruz qalıb

Gənc oğlan küçədə quldur hücumuna məruz qalıb Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır
Hadisə
6 Dekabr , 2016 10:59
Gənc oğlan küçədə quldur hücumuna məruz qalıb

Bakı. 6 dekabr. REPORT.AZ/ Bakıda 18 yaşlı oğlan küçədə hücuma məruz qalıb.

"Report"un xəbərinə görə, hadisə Nizami rayonu 8-ci kilometr qəsəbəsi Bəhruz Nuriyev küçəsi 1 A ünvanının qarşısında baş verib.

Belə ki, 18 yaşlı Novruzov Nihat Mahir oğlu küçə ilə hərəkət edən zaman iki nəfər tanımadığı şəxs ondan telefonunu istəyib. N.Novruzov buna etiraz etdikdə naməlum şəxslər onun qol və ayaq nahiyəsinə iki bıçaq zərbəsi vuraraq telefonu götürərək ərazidən uzaqlaşıblar.

Yaralı ətrafdakıların köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi