​Bakıda gəmidə yanğın olub

​Bakıda gəmidə yanğın olub Gəminin qalan hissəsi və yaxınlıqdakı digər gəmilər yanğından mühafizə edilib
Hadisə
27 Mart , 2015 08:46
​Bakıda gəmidə yanğın olub

Bakı. 27 mart. REPORT.AZ/ Bakı şəhərinin Qaradağ rayonunda gəmidə yanğın baş verib. “Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, kəsilməkdə olan ümumi sahəsi 3000 kv.m gəminin göyərtəsi, gəminin idarəetmə otağı və kayutaların yanar konstruksiyaları 300 kv.m sahədə yanıb. Gəminin qalan hissəsi və yaxınlıqdakı digər gəmilər yanğından mühafizə olunub. Yanğın saat 07:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi