Gədəbəydəki yol qəzası ilə bağlı cinayət işi başlanıldı

Gədəbəydəki yol qəzası ilə bağlı cinayət işi başlanıldı Gədəbəy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.
Hadisə
254
21 May , 2020 12:51
Gədəbəydəki yol qəzası ilə bağlı cinayət işi başlanıldı
Report

Gədəbəy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, qəza mayın 20-də Zəhmət kəndində baş verib. 

Belə ki, 2000-ci il təvəllüdlü Elxan Məmmədovun idarə etdiyi "NAZ Lifan" markalı minik maşını "Ford" markalı avtomobillə  toqquşub. Nəticədə "NAZ Lifan"ın sürücüsü və sərnişini, 2000-ci il təvəllüdlü Rəşid Aslanzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər iki yaralı Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinə aparılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, E.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi