Gədəbəydə yol qəzası zamanı 2 nəfər ölüb - YENİLƏNİB

Gədəbəydə yol qəzası zamanı 2 nəfər ölüb - YENİLƏNİB Gədəbəy. 26 avqust. REPORT.AZ/ Gədəbəy rayonunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı ölən və yaralanan şəxslərin adı məlum olub.
Hadisə
27 Avqust , 2018 00:10
Gədəbəydə yol qəzası zamanı 2 nəfər ölüb - YENİLƏNİB

Gədəbəy. 26 avqust. REPORT.AZ/ Gədəbəy rayonunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı ölən və yaralanan şəxslərin adı məlum olub. 

"Report"un Qərb bürosunun məlumatına görə, "VAZ" markalı avtomobilin idarəetmədən çıxaraq ağaca çırpılması nəticəsində iki nəfər - 2002-ci il təvəllüdlü Zəhmət kənd sakini Əliyev Təbriz Pənah oğlu və 1998-ci il təvəllüdlü Xarxar kənd sakini Abdullayev Samir Teymur oğlu hadisə yerində ölüb.

Avtomobildə olan 2001-ci il təvəllüdlü Rəşad Rəhimov isə müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


***23:42

Gədəbəy. 25 avqust. REPORT.AZ/ Gədəbəy rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un yerli bürosunun məlumatına görə, hərəkətdə olan "VAZ-2106" markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. 

Hadisə nəticəsində avtomobildə olan şəxslərdən 2 nəfər ölüb, 1-i isə yaralanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb edilib. 


***23:19

Gədəbəy. 25 avqust. REPORT.AZ/ Gədəbəy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun xəbərinə görə, hadisə rayonun Qaradağlı kəndi ərazisində qeydə alınıb. 

Hadisə zamanı ölən və yaralananların olduğu bildirilir. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi