Gədəbəydə yük avtomobili dərəyə aşıb, xəsarət alan var

Gədəbəydə yük avtomobili dərəyə aşıb, xəsarət alan var Gədəbəydə yol qəzası olub.
Hadisə
18 İyun , 2022 08:10
Gədəbəydə yük avtomobili dərəyə aşıb, xəsarət alan var

Gədəbəydə xəsarətlə nəticələnən yol qəzası olub.

Bu barədə “Report” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin "112" qaynar telefon xəttinə Kiçik Qaramurad kəndində QAZ markalı yük avtomobilinin dərəyə aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi