Gədəbəydə yol qəzası nəticəsində 2 nəfər ölüb, 4 yaralı var

Gədəbəydə yol qəzası nəticəsində 2 nəfər ölüb, 4 yaralı var Ölənlərin hər ikisi sürücüdür
Hadisə
4 İyun , 2018 08:05
Gədəbəydə yol qəzası nəticəsində 2 nəfər ölüb, 4 yaralı var

Gədəbəy. 4 iyun. REPORT.AZ/ Gədəbəy rayonunda ağır yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, "VAZ-2107" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb, daha 4 yaralı var.

Hadisə nəticəsində ölənlər - Qarayev Nayiq Sabir oğlu (1979) və İsmayilov Aydın Sürəddin oğlu (1976). Hər ikisi hadisə yerində ölüb.

Yaralılar - Rüstəmova Arzu Məcid qızı (1988), Əsgərova Mətanət Kamil qızı (1982), Alsəfərov İman İsgəndər oğlu (1965), Tağızadə Emin Elxan oğlu ( 2003).

Hadisə rayonun Gərgər kəndi ərazisində baş verib. Maşınlardan biri taksi fəaliyyəti ilə məşğul olub.Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi