Gədəbəydə ot dolu yük maşınında yanğın olub

Gədəbəydə ot dolu yük maşınında yanğın olub Gədəbəy rayonunda yük maşını elektrik xəttinə toxunduğundan yanğın baş verib.
Hadisə
19 İyul , 2020 17:46
Gədəbəydə ot dolu yük maşınında yanğın olub

Gədəbəy rayonunda yük maşını elektrik xəttinə toxunduğundan yanğın baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Qaradağ kəndində baş verib.

Hadisə nəticəsində xəsarət alan olmasa da yük maşını və yük yerindəki ot qismən yanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi