Gədəbəy sakininin ata və anasını öldürməsi hadisəsinin bəzi təfərrüatı məlum olub - YENİLƏNİB

Gədəbəy sakininin ata və anasını öldürməsi hadisəsinin bəzi təfərrüatı məlum olub - YENİLƏNİB Faktla bağlı cinayət işi başlanıb
Hadisə
22 Sentyabr , 2017 12:53
Gədəbəy sakininin ata və anasını öldürməsi hadisəsinin bəzi təfərrüatı məlum olub - YENİLƏNİB

Gədəbəy. 22 sentyabr. REPORT.AZ/ Gədəbəy rayonunda baş verən dəhşətli qətlin bəzi təfərrüatı məlum olub. 

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qurudərə kəndində baş verib. 

Belə ki, hadisəni törədən Şöhrət Məsimov ailəsi ilə birgə Bakı şəhərində yaşayırmış, o bir neçə gün əvvəl kəndə valideynlərini görməyə gəlib. Sentyabrın 21-i isə hələlik məlum olmayan səbəblərdən atası, 1931-ci il təvəllüdlü Məsimov Mikayıl Yusif oğlu, anası 1938-ci il təvəllüdlü Məsimova Ayna Hüseyn qızını qətlə yetirib və qaçıb. 

Həmin vaxt onun qardaşının yoldaşı və iki uşağı da evdə olub, onlar bağda olduqları üçün hadisəni görməyib. Kişinin meyiti evdə kürəyindən bıçaqlanmış halda, qadının meyiti isə həyətdə alma ağacının altında aşkarlanıb. Hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. Deyilənən görə, Ş.Məsimov spirtli içki düşkünü olub.

Hazırda onun axtarışları davam edir. 


***12:03

Bakı. 22 sentyabr. REPORT.AZ/ Gədəbəy rayonunun Qurudərə kəndində qətl hadisəsi baş verib.

DİN-dən "Report"a verilən məlumata görə, sentyabrın 21-də Gədəbəy rayonunun Qurudərə kəndində yaşayan Şöhrət Məsimov evində ailə-məişət münaqişəsi zəminində atası Mikayılı və anası Aynanı bıçaqla qətlə yetirərək hadisə yerini tərk edib.

Faktla bağlı cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi