Gədəbəydə iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb

Gədəbəydə iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb Xəstələrdən birinin vəziyyəti orta ağır qiymətləndirilir
Hadisə
9 May , 2015 22:18
Gədəbəydə iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb

Bakı. 9 may. REPORT.AZ/ Bu gün Gədəbəy rayonunun Söyüdlü kəndi ərazisində 2 "VAZ 2106" markalı minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə nəticəsində üç nəfər xəsarət alaraq Şəmkir Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Zərərçəkmişlərin ikisinin vəziyyəti normal olduğundan onlar ambulator müalicəyə buraxılıblar. Digər xəstə Arıxdam kənd sakini 71 yaşlı Zirəddin Quliyev Gəncə şəhər TTYX-nın Travmatologiya şöbəsinə yerləşdirilib.

Xəstəxananın həkimi Mehman Rzayevin verdiyi məlumata görə, hazırda onun vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı Gədəbəy rayon Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi