Gədəbəy rayonunda adam bıçaqlamaqda təqsirləndirilən Vüsal Məsimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Report"un məlumatına görə, cinayət işi baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilib.
Hakim Marif Kazımovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, hadisə 2018-ci ilin dekabr ayında baş verib. Gədəbəyin Qurudərə kənd sakini, 1983-cü il təvəllüdlü Vüsal Məsimov münaqişə zəminində Gədəbəy şəhər sakini, 1996-cı il təvəllüdlü Nurlan İmamquliyevi bıçaqlayaraq ona xəsarət yetirib.
N.İmamaquliyevə Cinayət Məcəlləsinin 127.1 (qəsdən sağlamlığa az ağır zərərvurma) maddəsi ilə ittiham verilib.